“Naxçıvan – 2017” beynəlxalq şahmat festivalında

Naxçıvanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat festivalı davam edir. Bu ənənəvi festival üç turniri özündə birləşdirir. Ən güclülərin yarışdığı “A” qrupunda mükafatlar uğrunda 50-yə qədər rəqib, o cümlədən 17 qrossmeyster mübarizə aparır.

Reytinqə görə iştirakçıların siyahısına azərbaycanlı qrossmeyster Eltac Səfərli (2668) başçılıq edir. Birinci beşliyə, həmçinin Sergey Volkov (Rusiya, 2617), şahmatçımız Nicat Abasov (2575), İqor Xenkin (Almaniya, 2568) və  Nikita Mayorov (Belarus, 2527) daxildirlər.

Üç turdan sonra turnir cədvəlinin birinci – doqquzuncu  pillələrində irəliləyən Azərbaycan  şahmatçıları Abasov, Vüqar Əsədli, Misrəddin İsgəndərov, Ülvi Sadıqov, Gülnar Məmmədova, habelə Belarus təmsilçiləri Vadim Malaxatko, Mayorov, rusiyalı Vladimir Burmakin və Xenkin (Almaniya) hərəyə 2,5  xal toplamışlar.

Doqquz  turdan ibarət turnirdə dünən  rəqiblər dördüncü raundun görüşlərində qarşılaşmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında