Azərbaycan – Kamerun görüşünə 1 gün qalır

Budur, IV İslam Həmrəyliyi Oyunlarının futbol turniri start ərəfəsindədir. Artıq sabah Azərbaycan millisi ilk oyununda meydana çıxacaq.

Yaşar Vahabzadənin  komandası İslamiadaya Kamerun yığmasına  qarşı görüşlə başlayacaq. “Bayıl Arena”da keçiriləcək  oyunda topa  ilk  zərbə saat 18:30-da endiriləcək.

Futbolçularımız qrup mərhələsinin  növbəti iki görüşündə isə mayın 11-də Səudiyyə Ərəbistanı  və mayın 15-də  Mərakeş komandaları ilə qarşılaşacaqlar. Bu oyunlar da “Bayıl Arena”da keçiriləcək və saat 18:30-da başlanacaq. Bu rəqiblər “A” qrupuna daxildirlər.

“B” qrupunda isə Türkiyə, Əlcəzair, Fələstin  və Oman yığmaları çıxış edəcəklər. Hər qrupdan ən yaxşı iki komanda yarımfinala çıxıb medallar uğrunda mübarizəni  davam etdirəcək.

O.BAYRAMOV,
 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında