Ulu öndər Heydər Əliyevin ad gününə həsr olunmuş idman yarışları başa çatıb

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) struktur bölmələrinin əməkdaşları arasında təşkil olunan idman (mini-futbol və şahmat) yarışları başa çatıb.

Qalib komandanın üzvlərinə  kubok və medalların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqının müqəddəratını tənəzzüldən inkişafa doğru dəyişən, bu istiqamətdə müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti ilə tarixin ən şərəfli səhifələrini yazan görkəmli şəxsiyyətlər sırasında əbədi yer tutduğunu vurğulayıb. Nazir müstəqil Azərbaycan dövlətinin qurulması və  uzunmüddətli inkişaf yoluna səfərbər olması üçün ulu öndərimizin misilsiz xidmətlərindən bəhs edib: “Dövlət quruculuğu prosesini əhalinin sosial maraqlarının təminatı prinsipindən ayırmayan Heydər Əliyev bazar iqtisadiyyatının formalaşmasına yönələn islahatlar şəraitində dövlətin etibarlı sosial müdafiə sisteminə malik olması üçün vacib əsasların  yaradılmasını təmin etmişdir. Heydər Əliyevin imzaladığı sənədlər nəticəsində 1995--2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, habelə orta aylıq əməkhaqqının 6 dəfədən çox artırılmasına,  əmək və sosial təminat, məşğulluq, əlilliyin qarşısının alınması və reabilitasiyası üzrə hüquqi bazanın yaradılmasına nail olunmuşdur. Eyni zamanda, ulu öndərin təsdiq etdiyi Pensiya İslahatı Konsepsiyası ölkədə mütərəqqi dünya təcrübəsinə uyğun sığorta-pensiya sisteminin qurulmasına şərait yaratmışdır”.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün istiqamətlər üzrə yüksək səviyyədə davam etdirilməsi 2003--2016-cı illər ərzində ölkədə ümumi daxili məhsul istehsalının 8,4 dəfə, orta aylıq əməkhaqqının 6,4 dəfə, əhalinin gəlirlərinin 7,9 dəfə artması ilə nəticələnib. Həmçinin, müasir sığorta-pensiya sisteminin mövcud olduğu son on ildə pensiya sisteminin büdcəsi 5,8 dəfə çoxalmaqla, əmək pensiyalarına yönələn xərclərdə 5,9 dəfə, pensiyaların orta aylıq məbləğində 6,4 dəfə artım qeydə alınıb. Sosial müavinət və yardımların, təqaüdlərin də mütəmadi artırılmasına nail olunub. 

Nazir ölkəmizdə idmanın inkişafına Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini, hər il ulu öndərimizin anadan olmasının ildönümü münasibətilə ƏƏSMN-də idman turnirləri təşkil olunduğunu, bu tədbirlərin idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıdığını vurğulayıb.

Tədbirin sonunda ilk yerləri tutan qalib komandaların üzvlərinə  kubok və medallar təqdim edilib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında