İslam Həmrəyliyi Oyunları ilə bağlı Səhiyyə Nazirliyində fasiləsiz fəaliyyət göstərən qərargah yaradılıb

Mayın 12-dən 22-dək keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Səhiyyə Nazirliyi tərəfindən hazırlıq işləri davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, iştirakçı idmançılara və qonaqlara lazımi tibbi xidmətlərin vaxtında göstərilməsini təmin etmək və bu müddət ərzində yarana biləcək hallara operativ reaksiya vermək məqsədi ilə Səhiyyə Nazirliyində 24 saat fasiləsiz fəaliyyət göstərən Qərargah yaradılıb. Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün səhiyyə məsələləri ilə bağlı məlumat hazırlanıb və IV İslam Həmrəyliyi Oyunlarının rəsmi internet səhifəsində yerləşdirilib.

Oyunlar zamanı istər idmançılar, ölkəyə gəlmiş qonaqlar, istərsə də əhalinin ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsi ilə bağlı bütün tibb müəssisələrində gücləndirilmiş iş rejimində fəaliyyət  göstərilməsi üçün zəruri şərait yaradılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında