Novi Sadda daha bir medal

Azərbaycanın qadın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında daha bir medal qazanmışlar. Turnirin ikinci günü fəxri kürsüyə 60 kq çəki dərəcəsində çıxış edən Tatyana Omelçenko dəvət olunmuşdur. Güləşçimiz bürünc mükafat uğrunda görüşdə Ukrayna təmsilçisi Angelina Lısaka qalib gəlmişdir.

Ölkəmizdə qadın güləşinin lideri, Novi Sadda altıncı dəfə Avropa çempionu olmuş Mariya Stadnikdən (48 kq) sonra daha bir qadın güləşçimizin qitə çempionatında mükafatçılar sırasında yer tutması Bakıda İslam Həmrəyliyi Oyunları ərəfəsində yaxşı əlamətdir.

 

Beş kişi və iki qadın cüdoçu

 

Qazaxıstanlı tatami ustaları Azərbaycan paytaxtında İslam Həmrəyliyi Oyunlarının cüdo turnirində yeddi idmançı ilə yarışacaqlar.

Sports.kz portalının bu barədə məlumatında bildirilir ki, Qazaxıstanın kişi cüdoçuları İslamiadada beş nəfərlə təmsil olunacaq və 60, 66, 73, 100 kq-dək və 100 kq-dan yuxarı çəkilərdə ustalıqlarını nümay iş etdirəcəklər. Qadın cüdoçular isə 48 və 52 kq çəki dərəcələrində ölkələrinə medal qazandırmağa çalışacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında