IV İslam Həmrəyliyi Oyunlarını simvolizə edən məhsullar satışda

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi, məhsullarının rəsmi tədarükçüsü və rəsmi supermarketi olan Fresco supermarketlər şəbəkəsi “Bakı 2017” Oyunlarına həsr olunmuş rəsmi promo məhsulların satışına başlayıb.

İslam Həmrəyliyi Oyunlarının əsas mövzusunu özündə əks etdirən və simvolizə edən məhsulların üzərində bir sıra idman növlərinin cizgiləri ilə yanaşı, islam mədəniyyətini özündə birləşdirən naxışlar əks olunub. Məhsullar arasında Oyunların əsas qəhrəmanları olan Qarabağ atları “Cəsur” və “İncə”-nin suvenirləri xüsusilə diqqəti cəlb edir.

Paytaxtımızın sakinləri və qonaqları müxtəlif  məhsulları Fresco supermarketlər şəbəkəsindən, Milli Dənizkənarı Bulvar, Fəvvarələr meydanı, Park Bulvar ticarət mərkəzi, Bakı Olimpiya Stadionu və Oyunların keçiriləcəyi digər idman komplekslərindən əldə edə biləcəklər.

Oyunlar müddətində Fresco supermarketlər şəbəkəsinin sosial şəbəkə səhifələrində biletlər və digər dəyərli hədiyyələri qazandıran əyləncəli müsabiqələr keçiriləcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında