Yenə Şəhriyar Məmmədyarov!

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən şahmat üzrə  IV beynəlxalq turnirin baş mükafatı Şəhriyar Məmmədyarova təqdim olunmuşdur.  Qrossmeysterimiz  yarışın sonuncu turunda bolqarıstanlı Veselin Topalovla heç-heçə oynayaraq 9 mümkün xaldan 5,5 xal toplamış və bütün rəqibləri üçün əlçatmaz olmuşdur.

 Üç iştirakçı – rusiyalı Vladimir Kramnik, ABŞ təmsilçisi Uesli So və Topalov qalibdən yarım xal geri qalıb, ikinci–dördüncü  yerləri bölüşdürmüşlər. Beş–səkkizinci pillələrə Sergey Karyakin (Rusiya), Raymond Voytaşek (Polşa) və Maykl Adams (İngiltərə) sahib olmuşlar. Onlar finişə 4,5 xalla çatmışlar. Teymur Rəcəbov (4 xal) səkkizinci nəticə göstərmiş, ukraynalı Pavel Elyanov və hindistanlı Pentala Harikrişna 3,5 xalla doqquz–onuncu yerlərlə kifayətlənmişlər.

Beləliklə, görkəmli azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən dördüncü superturnir də başa çatmışdır. Əgər ilk iki yarışda norveçli dünya çempionu Maqnus Karlsen qalib gəlmişdisə, son iki turnirdə baş rolu azərbaycanlı Şəhriyar Məmmədyarov oynamışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında