Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub

Aprelin 30-da Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları oynanılıb.

Fərdi yarışlarda rusiyalı gimnastlar Aleksandra Soldatova topla, Arina Averina halqa ilə, israilli Viktoriya Vaynberq-Filanovski gürzlərlə, Bolqarıstan gimnastı Neviana Vladinova isə lentlə hərəkətlərdə qızıl medala sahib olublar.

Qrup komandalarının yarışında 5 halqa ilə çıxışda İtaliya millisi, 3 top və 2 iplə mübarizədə isə ukraynalı gimnastlar birinci olublar.

Turnirdə 21 ölkədən 94 gimnast mübarizə aparıb. Onlardan 34-ü fərdi proqramda, 58 nəfəri isə, ümumilikdə, 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında