Gimnastlar hansı heyətlə yarışacaqlar?

Mayın dörd günü ərzində Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika, kişi və qadınlar arasında idman gimnastikası turnirləri IV İslam Həmrəyliyi Oyunları proqramında xüsusi maraqla gözlənilən yarışlardır.

Medallar uğrunda mübarizəyə birinci olaraq bədii gimnastlar başlayacaqlar. Mayın 12-13-də təsnifat yarışları, 14-də isə ayrı-ayrı alətlərdə final startları keçiriləcəkdir. Gimnastikanın bu növündə komandamızı Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edəcəklər. İdman gimnastikasında da əvvəlcə iki gün təsnifat yarışları keçiriləcəkdir (13-14 may). Finallar mayın 15-nə təyin edilmişdir. Qadınlardan ibarət komandamızda Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişilərin yarışında Murad Ağarzayev, Timur Bayramov və Bense Talas çıxış edəcəklər.

“Bakı–2017”nin mətbuat xidmətinin bu barədə məlumatında həmçinin bildirilir ki, gimnastların yarışında 14 ölkə idmançılarının çıxış edəcəkləri gözlənilir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında