Superturnirdə qaralarla üçüncü qələbə

Şəmkirdə məşhur azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən superturnirdə bir günlük istirahətdən sonra Şəhriyar Məmmədyarov qara fiqurlarla növbəti, üçüncü qələbəsini qazanmışdır. Bu dəfə şahmatçımız rusiyalı Vladimir Kramniklə görüşmüş və keçmiş dünya çempionunu 70-ci gedişdə məğlubiyyətlə barışmağa məcbur etmişdir.

Turun daha iki görüşündə qələbə qeydə alınmışdır: Veselin Topalov (Bolqarıstan) Pavel Elyanova (Ukrayna), Uesli So (ABŞ) Sergey Karyakinə (Rusiya) qalib gəlmişlər. Digər iki görüşdə Teymur Rəcəbov polşalı Raymond Voytaşeklə, Maykl Adams (İngiltərə) hindistanlı Pentala Harikrişna ilə heç-heçə oynamışlar.

İlk altı turda bütün rəqiblərindən daha yaxşı nəticə göstərən Məmmədyarov 4,5 xal toplamış və turnir cədvəlində ən yaxın izləyiciləri Topalovla Adamsdan bir xal irəli çıxmışdır. Rəcəbov altı turda 2,5 xal qazanmışdır.

Dünən keçirilən yeddinci turda hər iki qrossmeysterimiz ağ fiqurlarla oynamışdır. Məmmədyarov Adams ilə, Rəcəbov isə Topalovla görüşmüşlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında