Türkiyə: 50 yüngül atlet, 36 üzgüçü, 24 güləşçi...

Hər şeydən göründüyü kimi, rekord sayda–57 ölkənin təmsilçilərini öz bayrağı altına toplayacaq IV İslam Həmrəyliyi Oyunlarında ən böyük nümayəndə heyətlərindən biri Türkiyə millisi olacaq. Biz qardaş ölkə Milli Olimpiya Komitəsinin saytına istinadla Türkiyəni Bakıda 343 idmançının təmsil edəcəyi, onlardan 137-nin qadınların, 206-nın kişilərin yarışlarında iştirak edəcəyini bildirmişdik.

İndi həmin xəbərə əlavə olaraq deyə bilərik ki, Türkiyə İslamiadada ən çox idmançı ilə yüngül atletika yarışlarında mübarizə aparacaq. Qaçış cığırlarında, tullanma və alət tullama bölmələrində ölkənin 50 idmançısı– 26 qadın və 24 kişi starta çıxacaq.

Türkiyəli üzgüçülər də paytaxtımıza geniş heyətlə gələcəklər– 36 nəfər (18 kişi və 18 qadın). Onların güləşçi həmvətənləri mübarizəyə 24 idmançı ilə başlayacaqlar–8-i yunan-Roma üsulu ilə güləşənlərin turnirində, qalan 16-sı isə sərbəst və qadın güləşində yarışacaq.

Taekvondoçular həm kişilərin, həm də qadınların turnirində medallar uğrunda 8 nəfərlə, cəmisi isə 16 dayanq ustası ilə mübarizə aparacaqlar. Boksçular rinqə 10 dəri əlcək ustası çıxaracaq, cüdoçular komandası 7 kişi və bir o qədər qadın iştirakçıdan ibarət olacaq, karateçilər Azərbaycan paytaxtına 12 nəfərlə (6 kişi, 6 qadın) gələcəklər.

Türkiyə idmançıları IV İslam Həmrəyliyi Oyunları proqramına daxil olan digər növlərdə də kifayət qədər geniş təmsil olunacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında