Fasiləyə turnir cədvəlinin zirvəsində

Şəmkirdə Vüqar Həşimovun  xatirəsinə  həsr edilən dördüncü beynəlxalq şahmat turnirinin iştirakçıları 5-ci turun görüşləri ilə yarış məsafəsinin birinci yarısını arxada qoymuş və  bir günlük  istirahətə  çıxmışlar. Fasiləni ən yaxşı əhval-ruhiyyə ilə Şəhriyar Məmmədyarov qarşılamışdır.

Ötən turda hindistanlı Pentala ­Harikrişna ilə  heç-heçəyə  razılaşan qrossmeysterimiz finişə dörd  tur  qalmış 3,5 xalla turnir  cədvəlinə  tək-tənha başçılıq  edir. Liderin ən yaxın  izləyiciləri Maykl Adams (İngiltərə  şahmatçısı 5-ci turda Teymur  Rəcəbovla heç-heçə  oynamışdır) və ukraynalı Pavel Elyanov hərəyə 3 xal toplamışlar.

Dörd – yeddinci yerləri bölüşdürən rusiyalılar Sergey Karyakin, Vladimir Kramnik, ABŞ  təmsilçisi Uesli So və bolqar Veselin Topalovun 2,5, sonrakı  pillələrdə olan Rəcəbovla  polyak Raymond Voytaşekin 2, Pentala Harikrişnanın (Hindistan) 1,5  xalı  vardır.

Növbəti, 6-cı  turun görüşləri bu gün keçiriləcəkdir. Məmmədyarov qaralarla Kramnikə qarşı  oynayacaq, Rəcəbov isə Voytaşeklə görüşəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında