Çempionluğa beş iddiaçı

Bakı Su İdmanı Mərkəzinin yaxınlığında yerləşən Vaterpol Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişilərdən ibarət komandaların su polosu turnirinin starta çıxacağı günə getdikcə daha az vaxt qalır. Yarışın medalları uğrunda beş kollektiv mübarizə aparacaq. Azərbaycan idmançılarına Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İndoneziya yığmaları qonaq gələcək.

Turnirin birinci günü, mayın 13-də iki oyun olacaq: Azərbaycan–İran və Türkiyə–İndoneziya. Komandamız növbəti görüşləri mayın 14-15-də İndoneziya və Türkiyə vaterpolçularına qarşı keçirəcək. Turnirdə Azərbaycan su polosu ustalarının sonuncu görüşü mayın 17-də Səudiyyə Ərəbistanı komandası ilə olacaq. Yarış dairəvi sistem üzrə keçiriləcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında