Startda Özbəkistanla, finişdə Türkiyə ilə

Azərbaycanın qadınlardan ibarət komandasının həndbolçuları IV İslam Həmrəyliyi Oyunlarında ilk görüşü mayın 9-da keçirəcəklər. Həmin gün millimiz Özbəkistan yığmasına qalib gəlməyə çalışacaq.

Mayın 10-da idman həvəskarları yarış sahiblərinin Kamerun komandası ilə oyununu izləyə biləcəklər. Sonrakı iki gündə Azərbaycan həndbolçularının rəqibləri Kot d’İvuar və Türkiyə kollektivləri olacaq. Turnirin bütün görüşləri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcəkdir.

Hələlik isə İslam Həmrəyliyi Oyunlarına hazırlığın həlledici mərhələsi davam edir. Bu proses çərçivəsində təlim-məşq toplanışları, yoxlama görüşləri keçirilir. Toplanışlardan sonra məşqçilər İslamiada turnirində Azərbaycanın şərəfini qoruyacaq heyəti elan edəcəklər.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında