“Kapital Bank” İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu

Bankdan AZƏRTAC-a bildirilib ki, bununla bağlı 24 aprel tarixində “Kapital Bank” və “Bakı-2017” Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma mərasimində “Kapital Bank” ASC İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və “Bakı-2017”nin Əməliyyatlar Komitəsinin Korporativ direktoru Elçin Səfərov iştirak ediblər.

“Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilir. Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da belə tədbirlər sırasındadır. “Kapital Bank” olaraq belə tədbirə dəstək göstərməkdən qürur duyuruq. Əminliklə söyləmək olar ki, I Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq”, - deyə, “Kapital Bank” ASC İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multiidman tədbiridir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında