Şəmkirdə ilk qələbələri Məmmədyarov və Elyanov qazandılar

Şəmkirdə məşhur azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən dördüncü beynəlxalq turnirin ilk liderləri Şəhriyar Məmmədyarov və ukraynalı Pavel Elyanov olmuşlar.

Start turunda Azərbaycan şahmatının lideri qara fiqurlarla yarışın ən yüksək reytinqli iştirakçısı, ABŞ təmsilçisi Uesli Soya qalib gəlmiş, Elyanov isə ağlarla Teymur Rəcəbov üzərində qələbə qazanmışdır.

Turun qalan üç görüşündə Radoslav Voytaşek (Polşa) Vladimir Kramniklə (Rusiya), Veselin Topalov (Bolqarıstan) Maykl Adamsla (İngiltərə) və Sergey Karyakin (Rusiya) Pentala Harikrişna (Hindistan) ilə heç-heçəyə razılaşmışlar.

Turnir dairəvi sistem üzrə keçirilir və doqquz turdan ibarətdir. Dünən ikinci turda Məmmədyarov Karyakinlə, Rəcəbov da Kramniklə görüşmüşlər.

Xatırladaq ki, əvvəlki turnirlərdən ikisində baş mükafatı norveçli dünya çempionu Maqnus Karlsen, üçüncüsündə isə Məmmədyarov qazanmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında