İslamiadaya yol Avropa çempionatından keçir

İki gün əvvəl Varşavada başlanmış cüdo üzrə Avropa çempionatını həm də IV İslam Həmrəyliyi Oyunları ərəfəsində tatami ustalarımız üçün qüvvələrə baxış və hazırlığın bir mərhələsi hesab etmək olar. Təmsilçilərimizin Polşa paytaxtında çətin sınaqlara inamla başlayıb yarışın elə birinci günü Azərbaycan komandasının medallarının hesabını açmaları İslamiadaya hazırlıq istiqamətində yaxşı əlamətdir.

Çempionatın açılışı günü 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov və Nicat Şıxəlizadə (66 kq) fərqlənmişlər.  Bürünc medal uğrunda görüşdə Səfərov Gürcüstan idmançısı Amiran Papinaşvilini məğlubiyyətə uğratmış, Şıxəlizadə isə belaruslu Dmitri Minkova qalib gəlmişdir.

Qırx iki ölkədən 400-dən çox cüdoçunun iştirak etdiyi Avropa çempionatı ertəsi gün növbəti çəki dərəcələrində görüşlərlə davam etdirilmişdir.  Həmin gün Azərbaycan cüdoçuları daha iki medal sevinci yaşamışlar. Hidayət Heydərov (73 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olmuş, onunla eyni çəkidə çıxış edən Rüstəm Orucov isə bürünc medala sahib olmuşdur.

Daha bir qızıl medalı dünya çempionu Elxan Məmmədov (100 kq) yığmamıza qazandırmışdır.

Bununla da komandamız 2 qızıl, 3 bürünc medalla Avropa çempionatını kişilər arasında ikinci yerdə başa vurmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında