Kim çempion olacaq?

Dördüncü İslam Həmrəyliyi Oyunlarının basketbol (3x3) yarışlarının da təqvimi açıqlanıb. Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət komandalarla təmsil olunacağı turnirlərin qrup mərhələsində görüşlər iki gün davam edəcək.

Kişi basketbolçularımız ilk oyunları mayın 18-də Türkiyə və Türkmənistan idmançılarına qarşı keçirəcəklər. Ertəsi gün isə millimiz Səudiyyə Ərəbistanı və Fələstin yığmaları ilə görüşəcək.

Azərbaycanın qadınlardan ibarət komandası da ilkin mərhələyə mayın 18-də başlayacaq. Həmin gün bizim qızlar Türkmənistan və Əlcəzair basketbolçuları ilə görüşəcəklər. Komandamızın daha iki oyunu isə mayın 19-na təyin edilmişdir: Mali və Əfqanıstanla.

Qruplarda birinci-ikinci yerləri tutan komandalar dörddəbir finala çıxacaqlar. Hər iki turnirdə bu mərhələnin görüşləri mayın 20-də keçiriləcək. Yarımfinallar, üçüncü yer uğrunda oyunlar və final görüşləri mayın 21-də baş tutacaq.

O. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında