Azərbaycan – Kamerun

Azərbaycanın 23 yaşlılardan ibarət yığma komandası IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirinə mayın 8-də “Bayıl Arena”da Kameruna qarşı görüşlə başlayacaq. Futbolçularımız növbəti iki oyunda isə mayın 11-də və 15-də müvafiq surətdə Səudiyyə Ərəbistanı və Mərakeş komandalarını sınağa çəkəcəklər. Bu rəqiblər “A” qrupunda çıxış edəcəklər. “B” qrupunda Türkiyə, Əlcəzair, Fələstin və Oman yığmaları yarışacaqlar.

İlkin mərhələ görüşlərinin  yekununda hər qrupdan ən yaxşı iki komanda yarımfinala çıxacaq. Bu mərhələnin qalibləri finalda İslamiadanın çempionu adı uğrunda mübarizə aparacaqlar.

Yarımfinal oyunları mayın 18-də, final görüşü isə mayın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəkdir.

Çox maraqlıdır, IV İslam Həmrəyliyi Oyunlarının futbol turnirinin qızıl medallarının sevincini kim yaşayacaq?

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında