İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mədəni proqram hazırlanıb

Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mədəni proqram hazırlanıb. Hazırda proqram təsdiqlənmək üzrədir.

Bunu Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, IV İslam Həmrəyliyi Oyunları günlərində bütün teatrlarda, konsert və sərgi salonlarında İslam mədəniyyəti, ənənələri, tarixi ilə bağlı mədəni proqramlar həyata keçiriləcək.

Proqram təkcə İslam dininə aid olan tədbirlərlə yekunlaşmayacaq. İslam Oyunları  günlərində  bütövlükdə milli-mənəvi dəyərlərimizin  təbliği nəzərdə tutulur. Məqsəd ondan ibarətdir ki,  bu  tədbirlər  qonaqlarımız  üçün daha da maraqlı olsun.

İslam Həmrəyliyi Oyunları və ondan sonra keçiriləcək “Formula-1” yarışları zamanı mədəniyyət obyektləri əməkdaşlarının iş cədvəlinin dəyişdiriləcəyi gözlənilir.  Aydın məsələdir ki, İslam Həmrəyliyi Oyunları zamanı turistlərin ölkəmizə axını sürətlənəcək.  Onlara  yüksək səviyyədə  xidmət  göstərilməsi üçün hər cür imkanlar mövcuddur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında