Voleybolçular hansı günlərdə oynayacaqlar?

Dördüncü İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının təqvimi açıqlanıb. Həm qadınların, həm də kişilərin turnirlərində ilk görüşlər mayın 11-də keçiriləcəkdir.

Həmin gün Azərbaycanın qadın voleybolçuları Qırğızıstan yığması ilə qarşılaşacaqlar. Komandamız mayın 13-də Tacikistan kollektivi, sonrakı iki gündə isə Türkiyə və Kamerun yığmaları ilə oynayacaq.

Turnirdə yarımfinal görüşləri mayın 17-nə təyin edilmişdir. İslamiadanın çempionu mayın 18-də keçiriləcək final görüşündən sonra məlum olacaq. Azərbaycan komandasının bütün oyunları saat 19-da başlanacaq.

Kişi voleybolçularımız mayın 11-də mübarizəyə Pakistan komandasına qarşı görüşlə başlayacaqlar. Növbəti üç oyunumuz mayın 13, 16 və 17-də müvafiq surətdə Türkiyə, Əfqanıstan və Türkmənistan komandaları ilə olacaq.

Bu turnirdə yarımfinallar mayın 20-də keçiriləcəkdir. Voleybol pərəstişkarları final görüşünü mayın 21-də izləyə biləcəklər.

Təbii ki, indi, start ərəfəsində bütün komandalar öz hazırlıq səviyyələrini və yarışların yekununda fəxri kürsüyə yüksəlmək imkanlarını götür-qoy edir və ölkələrini sevindirmək arzusunda ­olduqlarını gizlətmirlər.

Azərbaycanın qadınlardan ibarət komandası bu il İslamiadadan sonra dünya çempionatının seçmə oyunları və Avropa çempionatının final mərhələsi sınaqlarından da çıxmalıdır. Komandanın üzvü Ayşən Əbdüləzimova bununla əlaqədar bildirmişdir ki, qarşıda yığmamızı məsul turnirlər gözləyir. Biz hamımız üzərimizə düşən böyük məsuliyyəti dərk edirik. Pərəstişkarlarımızı sevindirməyə çalışacağıq.

Kişilərdən ibarət komandanın baş məşqçisi Fərid Calalov da başçılıq etdiyi kollektivin İslam Həmrəyliyi Oyunlarında məqsədinin medal qazanmaqdan ibarət olduğunu bildirmişdir. Hazırda məşqçinin və yetirmələrinin səyləri məhz bu məqsədə yönəlmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında