34 ölkədən 999 media nümayəndəsi

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün 34 ölkədən 999 media nümayəndəsi müraciət edib. Media nümayəndələrinin qeydiyyatı prosesinə yanvarın 16-dan start verilib. Əvvəlcədən martın 31-i sonuncu qeydiyyat günü kimi nəzərdə tutulsa da, sonradan yerli və xarici media nümayəndələrinin müraciəti nəzərə alınaraq bu müddət aprelin 9-dək uzadılmışdı”.

Bu sözləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının media əməliyyatları şöbəsinin rəhbəri Kamran Talıbov müsahibəsində deyib.

K.Talıbov bildirib ki, müraciətlərin 252-si beynəlxalq, 747-si isə yerli mətbuat orqanları tərəfindən qeydə alınıb. Bunlardan 673-ü yazılı mətbuat, 204-ü fotomüxbir, 122-si isə rəsmi yayım hüququ olmayan televiziya kanallarının operatorlarıdır. Müraciət edənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, Əlcəzair, İran və Pakistandan olan media nümayəndələri üstünlük təşkil edirlər. IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün Hollandiya, Polşa, ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya və Fransadan da müraciətlər daxil olub.

“Xarici ­media nümayəndələrinin müraciətlərinə baxıldıqdan sonra onların ölkəmizə gəlməsi üçün həmin şəxslərə poçt vasitəsilə ilkin akkreditasiya kartı göndərilir. Ölkəmizə gələndə aeroportda kart təsdiqləndikdən sonra akkreditasiya ilə idman arenalarına sərbəst girmək mümkün olur. Xarici media nümayəndələrinin qalma xərcləri onların özləri tərəfindən ödənilir. Ancaq “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları həmin media nümayəndələrinə əməkdaşlıq etdiyi otelləri endirimli qiymətlərlə təklif edir”, – deyə Kamran Talıbov əlavə edib.

“Bakı-2017”dən əvvəl yerli və xarici mətbuat nümayəndələri üçün brifinqlərin təşkil olunacağını bildirən Kamran Talıbov deyib: “Artıq yerli media nümayəndələrinin müraciətlərinə cavabların verilməsinə başlanıb. Həmin cavabda akkreditasiya kartının haradan götürülməsi, Media Mərkəzinin yeri haqqında ətraflı məlumat verilir. İdman obyektlərində media mərkəzləri ilə yanaşı, bir əsas Media Mərkəzi də fəaliyyət göstərəcək ki, burada mətbuat konfransları, görüşlər və brifinqlər təşkil olunacaq”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında