IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir

Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, Balakən Olimpiya İdman Kompleksində sərbəst güləş, İsmayıllı Olimpiya İdman Kompleksində atletika, Şəmkir Olimpiya İdman Kompleksində karate və cüdo, Xaçmaz Olimpiya İdman Kompleksində basketbol, Şağan Olimpiya İdman Kompleksində boks, Sumqayıt Olimpiya İdman Kompleksində taekvando, Şirvan Olimpiya İdman Kompleksində stolüstü tennis, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbində bədii gimnastika idman növləri üzrə zona yarışları keçirilib.

1300 nəfərə yaxın məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Balakən, atletika idman növü üzrə I yerə İsmayıllı, karate idman növü üzrə I yerə Gəncə, cüdo idman növü üzrə I yerə Gəncə, basketbol idman növü üzrə I yerə Abşeron, boks idman növü üzrə I yerə Binəqədi, taekvando idman növü üzrə I yerə Sumqayıt, stolüstü tennis idman növü üzrə I yerə Şirvan, bədii gimnastika idman növü üzrə I yerə Yasamal rayon və şəhərlərin komandaları layiq görülüb.

Qaliblər diplom və medallarla təltif edilib.

Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir.

Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir.

Yarışlar aprelin 26-da başa çatacaq.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında