İçərişəhərdə “Bakı-2017”nin talismanlarının heykəlləri rənglənib

Aprelin 16-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki Qız Qalasının qarşısında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının talismanları - “İncə” və “Cəsur”un heykəllərinin rənglənməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əsas məqsədi şəhər əhalisinin və turistlərin “Bakı-2017” İslam Həmrəyliyi Oyunları haqqında məlumatlılığını artırmaqdır.

 “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin marketinq şöbəsinin rəhbəri Tural Qəmbərov bildirib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 6 qalib gənc rəssamı talismanların rənglənməsi prosesinə cəlb olunub. Müsabiqədə Uşaq-Gənclər Rəsm Qalereyasının iki üzvünün və Rəssamlıq Akademiyasının iki tələbəsinin dizaynı da qalib gəlib.

Tədbir zamanı interaktiv rəqəmsal müsabiqə də təşkil olunub. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar mobil telefonlarına yüklənmiş proqramlarda gizli talisman şəkillərini toplamalıdırlar. İlk 30 qalibə oyuncaq talismanlar hədiyyə olunacaq. Oyunun qalibinə isə IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 2 bilet təqdim ediləcək.

Orijinal rəngdə boyanmış “Bakı-2017” talismanları şəhərimizin ən məşhur küçələrindən olan Nizami küçəsində qoyulacaq.  Rəssamlıq Akademiyasının dizaynına əsasən rənglənmiş digər heykəllər İçərişəhərdə, üçüncü cüt isə bulvarda yerləşdiriləcək.

Tural Qəmbərov ümid edir ki, bu heykəllər paytaxtımıza təşrif buyuran qonaqlara və ölkə vətəndaşlarına “Bakı-2017” Oyunlarının ab-havasını yaşadacaq.

IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran Hüseynov jurnalistlərə müsahibəsində bildirib ki, Oyunların başlanmasına cəmi 26 gün qalıb. Xəzərdən başlayan su səyahəti hazırda Azərbaycanın regionlarında davam edir, su festivalları keçirilir. Müxtəlif rayonlarda doldurulan su qabları mayın 12-də keçiriləcək “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Qarabağ atlarının IV İslam Həmrəyliyi Oyunlarının talismanları seçildiyini vurğulayan N.Hüseynov bildirib: “At sülh simvoludur. Biz istərdik ki, Qarabağ atları bütün dünyada tanınsın”.

Sonra talismanların heykəllərinin bir cütü orijinal rəngdə, digər cütlər isə qalib gəlmiş dizayna uyğun rənglənib.

Tədbirin sonunda qaliblərə hədiyyələr təqdim olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında