AĞCABƏDİ: Böyük coşqu ilə keçən su festivalında unudulmaz anlar yaşanıb

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabaddan sonra növbəti ünvanı aprelin
15-də Aran Qarabağın son illərdə sürətlə inkişaf edən və gözəlləşən diyarı - Ağcabədi olub.

Aprelin 15-də axşam saatlarında Ağcabədi şəhərindəki Heydər Əliyev Meydanında su festivalı keçirilib.

Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib.

Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Ağcabədi mərhələsindən bəhs edən videoçarxlar təqdim olunub, Xəzər dənizindən götürülmüş suyun Ağcabədi rayonunadək keçdiyi səyahət yoluna nəzər salınıb.

Sonra su qabını daşıyan ağcabədili idmançılar və şəhər 3 nömrəli məktəb liseyin şagirdi alqış sədaları altında səhnəyə dəvət olunublar.

Su festivalı Ağcabədi sakinlərinə yüksək əhval-ruhiyyə bəxş edib. Mərasim iştirakçıları “Mirvari” və “Qarabağ” rəqs qruplarının, Qarabağ Muğam Mərkəzinin və Ağcabədi şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifasından zövq alıblar.

Ağcabədi şəhər sakini Emin Qasımov deyib: “Biz fərəhli, unudulmaz gün yaşayırıq. Xəzərdən başlayan su səyahətinin əhatə etdiyi bölgələrdən biri də Ağcabədidir. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları sayəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanıyacaq. Azərbaycan oyunlara ev sahibliyi etməsi ilə İslam dünyasının həmrəyliyinə öz töhfəsini verəcək”.

Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb. Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Horadiz şəhəri olacaq.

Xatırladaq ki, su səyahətinə Ağcabədi rayonunda Ağgöl Milli Parkından start verilib. Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Göl UNECCO-nun himayəsi ilə Ramsar Konvensiyası əsasında beynəlxalq əhəmiyyətli məkan kimi qorunur.

Karate üzrə 2-ci dan qara kəmər sahibi, Azərbaycanın Əməkdar məşqçisi Eldəniz Qəmbərov, karate üzrə dünya çempionatının gümüş və bürünc mükafatçısı Adəm Məmmədov və Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Fatimə Şirinova Ağgöl Milli Parkında “Bakı-2017”nin misdən hazırlanmış səhəngini su ilə doldurub şəhərdəki Heydər Əliyev Meydanında keçiriləcək su festivalına yola düşüblər.

Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin idman zalında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva və layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə Oyunların bağlanış mərasiminə biletlər təqdim olunub.

Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Zərifə Zalova təəssüratlarını belə ifadə edib: “Sevinc və fərəh hissi duyuram. Çünki IV İslam Həmrəyliyi Oyunlarının su festivalı doğma şəhərimdə, regional idman tədbiri isə təhsil aldığım məktəbdə keçirilir. Yarışlarda məktəbimizi təmsil edən komandada mən də iştirak edirəm. Hər şey çox gözəldir. Bütün bunlar unudulmaz xatirə kimi yaddaşımda qalacaq”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında