Pərviz Bağırov: Fəxri kürsünün ilk pilləsində dayandığım unudulmaz anlar...

Ölkəmizin ev sahibliyi ilə baş tutan ilk Avropa Oyunlarından sonra ikinci ən böyük idman tədbiri olan IV İslam Həmrəyliyi Oyunlarının rinq startlarında komandamızın yüksək səviyyədə çıxış edəcəyinə ümidlər bəsləməyimiz əbəs deyil. Birinci Avropa Oyunlarında 6-sı qızıl, 1-i gümüş, 4-ü bürünc olmaqla 11 medal qazanıb, dünyanın ən böyük boks ölkələrindən olan Rusiya və İrlandiyanı belə geridə qoyub ilk pilləni özü üçün təmin edən komandamızın tarixi qələbəsinin cəmi iki ildən sonra yenidən doğma rinqdə İslam Həmrəyliyi Oyunlarında təkrar olunması tam gözləniləndir.

Birinci Avropa Oyunlarında bütün rəqiblərini – Moldova, Almaniya, Böyük Britaniya, sonda Rusiyadan olan boksçuları böyük ustalıqla məğlub edib doğma rinqin qəhrəmanı kimi fəxri kürsünün ilk pilləsini özü üçün təmin edən Pərviz Bağırov daha sonra Dohada keçirilən dünya çempionatına qatıldı. Mundiala artıq təcrübəsiz rinq ustası kimi yox, ilk Avropa Oyunlarının qızıl medalçısı kimi yola düşən dəri əlcək ustası ilk görüşündə Meksika idmançısını, sonrakı mərhələdə yarışların favoriti London Yay Olimpiya Oyunlarının qalibi kubalı boksçunu məğlubiyyətə uğratmaqla bürünc medal qazandı. İlk böyük uğurunu dünyanın ən nüfuzlu yarışlarından biri kimi tarixə daxil olan Avropa Oyunlarında qazanan istedadlı bokçumuz IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 69 kiloqram çəki dərərcəsində təmsil edəcək. Yarışlar ərəfəsində keçirilən təlim-məşqlərdə yüksək hazırlıq nümayiş etdirən dəri əlcək ustamız Oyunların favoritlərindən biri hesab olunur.

23 yaşlı rinq ustası ilə söhbət zamanı Oyunlara hazırlıqla bağlı danışdı, eyni zamanda, yarışların Vətənimizdə keçirilməsindən qürur hissi duyduğunu vurğuladı: “IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı Azərbaycanın təmsilçisi olmağımla qürur duyuram. Bu hiss biz idmançılara ilk Avropa Oyunlarından yaxşı tanışdır. Biz startlarda artıq özümüzü qalib sayır, içimizdə olan ryh yüksəkliyi qələbəyə böyük inam yaradırdı. Elə bu inam və doğma rinqdən aldığım güc ilk uğuruma imza atmağa kömək etdi. Fəxri kürsünün ilk pilləsində dayandığım unudulmaz anları sözlə ifadə etməkdə çətinlik çəkirəm. Doğma Bakıda Avropa Oyunlarının ilk qalib komandası kimi adımızı tarixə yazmağımız parlaq qələbə idi.

Yarışlarda azarkeşlərimizin bizə dəstəyini hər an hiss edirdik. Bu da bizə əlavə güc verirdi. Islam aləminin bu nüfuzlu yarışında, yalnız fəxri kürsünün ilk pilləsi üçün mübarizə aparacağam. Hər birimiz bu mötəbər Oyunlarda da ümumi qələbəyə öz töhfələrimizi vermək üçün qüvvəmizdən  maksimum yararlanmağa çalışacağıq. Çünki Azərbaycan komandasının Oyunların ən güclüsü adına layiq görülməsi üçün güclü potensialı var”.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında