Qırğızıstan: 11 növdə 70 idmançı

Qırğızıstan Milli Olimpiya Komitəsinin rəsmi tərəfdaşı “SportAKİpress” bu günlərdə MOK-a istinadla bildirmişdir ki, IV İslam Həmrəyliyi Oyunlarında Qırğızıstan komandasının heyətində 70 idmançı çıxış edəcək. Onlar 11 növdə mübarizə aparacaqlar.

Həmin məlumatda həmçinin qeyd olunmuşdur ki, Qırğızıstan idmançıları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmiş I İslam Həmrəyliyi Oyunlarında 8 medal–2 qızıl, 2 gümüş və 4 bürünc mükafat qazanmışlar. Ağırlıqqaldıran Ulan Moldodosov İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olmuş yeganə Qırğızıstan idmançısıdır. Hazırda Qırğızıstan Ağır Atletika Federasiyasının vitse-prezidenti vəzifəsində çalışan U. Moldodosov 2005-ci ildə 85 kq-dək çəki dərəcəsində yarışın qalibi olmuşdur. Onun hesabında həmçinin birdən ağırlıqqaldırma da gümüş və təkanla ağırlıqqaldırmada kiçik qızıl medal var.

U. Moldodosov həmin yarışları belə xatırlayır:  – Onda mənim çəkim 80 kq idi. Ancaq 85 kq-dək çəki dərəcəsində çıxış edirdim. Birdən ağırlıqqaldırma hərəkətindən sonra ikinci yerdə idim. Yalnız əlavə göstəricilərə görə Azərbaycan idmançısından geri qalırdım. Təkanla ağırlıqqaldırmada ondan irəli çıxdım və qızıl medal qazandım...

Onu da qeyd edək ki, “SportAKİpress” Bakıda IV İslam Həmrəyliyi Oyunlarını tam həcmdə işıqlandıracağını  bildirmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında