“Bütün oyunlarda qalib gəlmək istəyirik”

Bu sözlər IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşan Azərbaycanın qadınlardan ibarət milli voleybol komandasının üzvü Alyona Həsənovaya məxsusdur.

 O, azerisportdakı həmkarlarımıza müsahibəsində komandanın təlim- məşq toplanışının yüksək səviyyədə keçdiyini bildirmişdir: “Federasiya rəhbərliyi komanda üçün hər cür şərait yaradıb və biz məşqləri səmərəli keçiririk. Qarşıda yığmamızı İslamiada, sonra isə dünya çempionatının seçmə oyunları və Avropa çempionatının final mərhələsi gözləyir. Bu startların hamısı bizim üçün çox vacibdir. Onların hər birində uğurla çıxış etməyə çalışacağıq. Bakıda keçiriləcək oyunlarda qalib gəlmək istəyirik.”

Məsul yarışlar ərəfəsində mübariz əhval-ruhiyyədə olan A. Həsənovanın bu sözlərinə onu da əlavə edək ki, Azərbaycan komandası təlim-məşq toplanışı keçirmək üçün Sloveniyanın Maribor şəhərinə səfər ərəfəsindədir. Mayın ilk günlərində komanda Bakıya qayıtdıqdan sonra isə Belarus voleybolçuları ilə bir neçə yoldaşlıq görüşü keçirəcək. İslam Həmrəyliyi Oyunlarında meydana çıxacaq heyət də yalnız bundan sonra qəti müəyyənləşəcək.

Bu arada qadın voleybol komandalarının yarışının keçirilməsi sistemi  dəqiqləşdirilib. Xəbər verdiyimiz kimi, turnirin mükafatları uğrunda beş komanda mübarizə aparacaq. Millimizin rəqibləri Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan kollektivləri olacaq.

Komandalar əvvəlcə dairəvi sistem üzrə yarışacaqlar. Ən az xal toplayan kollektiv yarışda çıxışlarını dayandıracaq, qalan dörd komanda isə yarımfinala çıxacaq. Yarımfinalda ilkin mərhələnin qalibi dördüncü yeri tutan kollektivlə, ikinci yerin sahibi isə finişə üçüncü çatan komanda ilə qarşılaşacaq. Yarımfinalların ən güclü komandaları finalda IV İslam Həmrəyliyi Oyunlarının çempionu adı uğrunda mübarizə aparmaq hüququ qazanacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında