Lorenzo Sotomayor: Yalnız qızıl medal üçün mübarizə aparacağam

Rio Yay Olimpiya Oyunlarında Azərbaycan xalqına əsl boks həyəcanı yaşadan Lorenzo Sotomayorun döyüşlərini yəqin çoxları xatırlayır. Olimpiya Oyunlarında finala qədər rəqiblərinə qarşı inamlı döyüş nümayiş etdirib, onları bir-bir rinqdən kənarlaşdıran Azərbaycan idmançısı boks tariximizdə ilk dəfə bürünc tilsimini sındıraraq gümüş medal qazandı.

Əslində, onun finalda Özbəkistan təmsilçisini də məğlub edəcəyinə çox böyük şansı var idi və üstünlük onun tərəfində olduğu üçün həmin qarşılaşmanı izləyənlər buna tam əmin idilər. İstedadlı rinq ustası Olimpiadadan bir il əvvəl ilk Avropa Oyunlarında da çox gözəl boks nümayiş etdirərək, heç bir rəqibinə aman vermədən fəxri kürsünün ilk pilləsini özü üçün təmin etmişdi. Oyunlardan sonra fikirlərini bizimlə bölüşərkən qazandığı qələbəyə görə çox sevindiyini bildirmiş, onu qızğın dəstəkləyən azarkeşlərinə qələbə sevinci bəxş etdiyinə, Azərbaycan himnini səsləndirdiyinə görə qürur hissi keçirdiyini demişdi.

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində boksçu ilə əlaqə saxlayıb hazırlığı ilə maraqlandıq. Rinq ustası təcrübəsinin kifayət qədər olduğunu qeyd etdi, həmçinin, Rio Yay Olimpiya Oyunlarında çıxışını xatırlatdı: “Rio Olimpiadasında Azərbaycan komandasına qızıl medal qazandırmaq arzum çox güclü idi. Yarışlara ciddi hazırlaşmışdım. Qızıl medalın bir addımlığında idim, sonacan mübarizə apardım və əmin idim ki, rəqibim məğlub olacaq. Təəssüf ki, bəzən istədiyimiz kimi alınmır. Sevinirəm ki, komandamız Rio Olimpiadasında çox böyük uğura imza atdı”.

Oyunlara hazırlığı ilə bağlı danışan dəri əlcək ustası bu böyük yarışlarda da güclü rəqabətin olacağını bildirdi və qeyd etdi ki, komanda hazırlığını yüksək səviyyədə davam etdirir. “Hər birimiz öhdəmizə düşən məsuliyyəti yaxşı anlayırıq. Bu böyük yarış doğma divarlar arasında keçirildiyi üçün məsuliyyətimiz daha da artır. Azarkeşlərimizin qarşısında layiqli mübarizə nümayiş etdirməyi qarşımıza məqsəd qoymuşuq. Bu mötəbər yarışda iştirakımdan qürur duyuram. Rinqdə yalnız qızıl medal üçün mübarizə aparacağam.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında