Türkiyə: 343 idmançı

Hər şeydən göründüyü kimi, Bakıda IV İslam Həmrəyliyi Oyunlarında yarış sahibləri Azərbaycan idmançıları ilə yanaşı, ən böyük nümayəndə heyətlərindən biri qardaş ölkə atletləri olacaqlar. Türkiyə Milli Olimpiya Komitəsinin saytında yerləşdirilmiş məlumatdan aydın olur ki, ölkə İslamiadanın medalları uğrunda 343 idmançı – 137 qadın və 206 kişi atletlə mübarizə aparacaq.

Türkiyə nümayəndələri Bakı startlarında ən çox idmançı ilə atletika yarışlarında təmsil olunacaqlar. Onlar çoxlu medal oynanılan bu növdə startlara 26 qadın və 24 kişi idmançı çıxaracaqlar. Bu ölkə digər növlərdə də kifayət qədər çox idmançı ilə yarışacaq: üzgüçülükdə 18 qadın və 18 kişi, həndbol və voleybolda həm kişi, həm də qadın komandalarını turnirlərinin hərəsində 14 nəfər, cəmisi isə bu iki növdə dörd komandanın heyətində 56 idmançı.

Türkiyə paytaxtımıza qadın boksçular göndərməyəcək. Əvəzində onun kişi dəri əlcək ustaları rinqdə tam heyət – 10 nəfərlə mübarizə aparacaqlar. Ölkənin futbol komandasına 23 oyunçu daxil olacaq, sərbəst güləş və taekvondo yığmaları həm kişilərin, həm də qadınların yarışlarında 8 nəfərlə çıxış edəcəklər. Yunan–Roma üsulu ilə güləşənlər də şəhərimizə 8 kişi iştirakçı ilə gələcəklər.

Dörd il əvvəl, 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirilmiş III  İslam Həmrəyliyi Oyunlarında starta 154 atletlə çıxan Türkiyə 103 medal– 23 qızıl, 31 gümüş və 49 bürünc mükafat qazanaraq ümumi hesabda medalçı ölkələrin siyahısında beşinci olmuşdu.

Onu da xatırladaq ki, İslam Həmrəyliyi İdman Federasiyasının bu yaxınlarda Bakıda keçirilmiş iclasında 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarının İstanbul şəhərində təşkil edilməsi qərara alınmışdır. Bakıdan müsəlman ölkələri atletlərinin dostluq bayramının estafetini qardaş şəhər qəbul edəcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında