Əməliyyat Şirkətinin paytaxt sakinlərinə müraciəti

“Formula-1” yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞHƏŞ) bu il iyunun 23-dən 25-dək paytaxtımızda keçiriləcək Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar yarışın keçirildiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir. Bu barədə BŞHƏŞ-dən bildirilib.

Məlumata görə, aprelin 10-da axşam saatlarından etibarən Əziz Əliyev küçəsinin Qoşa qala qapılarının qarşısındakı hissəsində yolun kənarına baryerlərin quraşdırılmasına başlanılıb. Bunun ardınca iş prosesi İstiqlaliyyət küçəsi boyunca davam etdiriləcək. Niyazi küçəsinə qədər görüləcək baryer quraşdırma işlərinin aprelin 17-dək başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, trekin paytaxtın mərkəzi küçələrindən keçən hissələrində görülən işlər, bir qayda olaraq, nəqliyyatın hərəkətinin sıx olmadığı saatlarda (22:00-dan 06:00-dək) həyata keçirilir.

Paytaxt sakinlərindən göstərilən müddət ərzində trekin bu hissəsində avtomobillərini saxlamamaları xahiş olunur. Əks-halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

Əfsanə ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında