Dünya reytinqinin liderlərindən biri

Azərbaycanın cüdo üzrə milli komandasının liderlərindən biri hesab edilən Rüstəm Orucov tatami üzərində yüksək səviyyəli çıxışları ilə daim diqqət mərkəzindədir. Son illər dünyanın müxtəlif ölkələrində 73 kq çəki dərəcəsində iştirkçısı olduğu böyük turnirlərin bir çoxunda fəxri kürsüdə medal sevinci yaşaması Rüstəmi cüdo aləminə yaxından tanıtmışdır.

Bu günlərdə Macarıstanın Tata şəhərində milli komandamızın tərkibində təlim-məşq toplanışında olmuş Orucovun mükafatlar kolleksiyasında Kuba paytaxtında Havana, Almaniyada Düsseldorf “Qran-pri”lərinin, Kazanda Avropa çempionatının, Bakıda “Böyük dəbilqə” yarışının medalları və daha neçə-neçə yüksək mükafat vardır.

Ötən ilin yayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında qazanılmış gümüş medal, əlbəttə, xüsusi qeyd olunmalıdır. Çünki Olimpiadada medal qazanmaq böyük xoşbəxtlik, təsəvvürolunmaz sevinc hissidir.

Rio – 2016-da Azərbaycana ilk medal sevinci gətirən Rüstəm Orucov fəxri kürsüyə doğru yolda Qazaxıstan, Avstraliya, Macarıstan, İsrail idmançılarına qalib gəlmiş və yalnız finalda yaponiyalı ikiqat dünya çempionuna uduzmuşdur.

Yüksək nailiyyətləri sayəsində bu gün öz çəki dərəcəsində dünya reytinq cədvəlinin lideri olan istedadlı Azərbaycan idmançısı bir aydan sonra növbəti məsul yarışda, IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməyə namizəddir. Yarışdan-yarışa nəticələrini yaxşılaşdırmağa çalışan tatami ustamız, şübhəsiz, doğma şəhərdə yenə də ən yüksək səviyyədə çıxış etməyə çalışacaq.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında