Həndbolçular İslamiadaya Ukraynada hazırlaşırlar

İslam Həmrəyliyi Oyunlarına hazırlaşan Azərbaycanın qadınlardan ibarət milli komandasının həndbolçuları bu günlər Ukraynanın qonağıdırlar. Yığmamız Xerson şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edir.

Turnirdə Azərbaycan həndbolçularının rəqibləri Ukraynanın “Dnepryanka”, “Qaliçanka” və “Real” klublarıdır. Bizim qızlar yarışa Ukrayna çempionatının gümüş mükafatçısı Xersonun “Dnepryanka” klubuna qarşı görüşlə başlamış və altı top fərqlə qələbə qazanmışlar–31:25.

Azərbaycan millisinin Ukraynaya səfərindən əsas məqsəd isə İslamiada turnirinin oyunlarını tam hazırlıqla, mübariz idman formasında qarşılamaqdır. İslam Həmrəyliyi Oyunlarında həndbolçularımız Türkiyə, Özbəkistan, Kamerun və Kot d‘İvuar komandalarına qarşı mübarizə aparacaqlar. Dairəvi sistem üzrə keçiriləcək yarışın yekununda ilk dörd yeri tutan komandalar yarımfinala çıxıb baş mükafat uğrunda mübarizədə yollarına davam edəcəklər.

İslamiadanın həndbol turnirinin oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcəkdir. Əl topu həvəskarlarının maraqla gözlədikləri bu görüşlərə getdikcə daha az vaxt qalır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında