Möhtəşəm məkan – Bakı Olimpiya Stadionu

İyirmi beş ay əvvəl, 2015-ci il martın 6-da açılışı olmuş və elə istifadəyə verildiyi ilk günlərdən ölkə idman ictimaiyyətinin fəxrinə çevrilmiş əzəmətli Bakı Olimpiya Stadionu həyata yenicə vəsiqə alsa da, artıq öz tarixinə möhtəşəm bir səfihə yazmışdır, ikincisini də yazmasına çox az–cəmi bir ay qalır.

Metronun “Koroğlu” stansiyasının beş addımlığında yerləşən və futbolumuzun 100 illiyinin qeyd olunduğu 2011-ci ildə təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da iştirak etdikləri Bakı Olimpiya Stadionu 70 minə qədər tamaşaçı tutur. Bu nəhəng və yaraşıqlı idman qurğusu əzəməti, müasirliyi ilə dünyanın ən böyük stadionları ilə yanaşı addımlamağa layiqdir.

Stadionun bəxti onda gətirmişdir ki, istifadəyə verildiyi gündən cəmi üç ay sonra burada tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri keçirilmişdir. Bir çox dövlət başçılarının, yüksək vəzifəli şəxslərin də iştirak etdikləri həmin parlaq mərasimlər xatirələrdə hələ çox yaşayacaq.

Avropa Oyunları günlərində atletika yarışlarının iştirakçıları da öz startlarının xoşbəxt çempion və mükafatçılarını məhz bu stadionda müəyyənləşdirdilər. Ancaq medal qazana bilməyən idmançılar da məyus olmadılar. Onlar stadionun qaçış məsafələrini, tullanma, alət tullama bölmələrini birincilər sırasında sınaqdan çıxardılar və bunun üçün yaradılan şəraitə görə çox razı qaldıqlarını gizlətmədilər.

Bakı Olimpiya Stadionunun bəxti bir də onda gətirmişdir ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində 50 ölkə idmançılarının toplaşdığı bu arena IV İslam Həmrəyliyi Oyunlarında 57 dövlətin atletlərinin bayramına şahidlik edəcək. Əlbəttə, bu zaman stadionu bürüyəcək alqışlardan ona da pay düşəcək...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında