IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.

İdman tədbirləri çərçivəsində Qazax rayon Olimpiya İdman Kompleksində boks, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının meydançasında atletika, Şəmkir rayon Olimpiya İdman Kompleksində sərbəst güləş, Sumqayıt Olimpiya İdman Kompleksində cüdo, "Şüa" İdman klubunda stolüstü tennis, Masallı Olimpiya İdman Kompleksində taekvando idman növləri üzrə zona yarışları keçirilib.

Ölkənin 30-a yaxın şəhər və rayonundan 1000 nəfərədək məktəblinin qoşulduğu yarışlarda boks idman növü üzrə I yerə Gəncə şəhərinin, II yerə Şəmkir rayonunun, III yerə Qazax rayonunun, atletika  idman növü üzrə I yerə Göygöl rayonunun, II yerə Mingəçevir şəhərinin, III yerə Ağdam rayonun, sərbəst güləş idman növü üzrə I yerə Şəmkir rayonunun, II yerə Gəncə şəhərinin, III yerə Ağdam rayonun, cüdo idman növü üzrə I yerə Sumqayıt şəhərinin, II yerə Siyəzən rayonunun, III yerə Xızı rayonunun, stolüstü tennis idman növü üzrə I yerə Nərimanov rayonunun, II yerə Nizami rayonunun, III yerə Qaradağ rayonunun, taekvando  idman növü üzrə I yerə Masallı rayonunun, II yerə Lənkəran rayonunun, III yerə Biləsuvar  rayonunun komandaları layiq görülüb.

Qaliblər diplom, medal və hədiyyələrlə təltif edilib.

Yarışların açılış mərasimlərində təhsil şöbələrinin, yerli icra orqanlarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərin bədii hissələrində idmançıların nümunəvi çıxışları olub, yaradıcılıq müəssisələrinin dərnək üzvləri konsert proqramları ilə çıxış ediblər.

Qeyd edək ki, kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qoşulması gözlənilir.

Yarışlar aprelin 26-da başa çatacaqdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında