IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının V iclası keçirilib

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraedici Kollegiyasının Bakıda təşkil olunan 25-ci iclasının ikinci – sonuncu günündə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının V toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, İHİF-in prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud, İHİF-in baş katibi Faysal Əbdüləziz Əl-Nassar, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və digərləri iştirak ediblər.

İclasda çıxış edən İHİF-in baş katibi Faysal Əbdüləziz Əl-Nassar Oyunlara hazırlıq işlərinin yüksək səviyyədə aparılmasına görə Prezident İlham Əliyevə və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, bu tədbirin Oyunların açılışına hazırlıq üçün son işlərin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov toplantıda çıxış edərək deyib: “Sevindirici haldır ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançıları iştirak edəcəklər. Şübhə yoxdur ki, mayın 12-də başlayacaq IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək. Əldə etdiyimiz inkişafdan çox məmnunuq. Biletlər plana uyğun şəkildə satılır. Biletlərin satışı gözləntilərimizə uyğun davam edir. Mən könüllülərin bu Oyunlara göstərdiyi maraq və diqqəti yüksək qiymətləndirirəm. Son ay ərzində könüllülər üçün təlim proqramı hazırlamışıq. Bu proqram 8000 könüllümüzü lazımi bilik və bacarıqlarla təmin edir”.

Nazir deyib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı yarışlar 16 idman arenasında keçiriləcək. Artıq 3 mindən çox idmançı yarışlarda iştirak üçün qeydiyyatdan keçib: “Hələ qarşıda görüləcək işlər var. Biz bu Oyunlara yüksək həvəslə və peşəkarlıqla hazırlaşırıq”.

Daha sonra IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx təqdim edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında