İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Finalçılar bir-birinə layiqdirlər

 

Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsində cavab görüşlərinin də bir  daha  təsdiq etdiyi kimi, hər iki finalçı – “Qarabağ”  və “Qəbələ” bu gün  klub futbolumuzda ən  güclü  komandalardır. Deməli,  fəxri mükafat  uğrunda  mübarizənin həlledici  görüşündə bir-birinə layiq  rəqiblər qarşılaşacaqlar.

Finalçılar yarımfinal oyunlarında öz  üstünlüklərini sübuta yetirməkdə elə  bir çətinlik çəkməmişlər. İlk görüşdə “Neftçi”ni iki  cavabsız  qolla  məğlubiyyətə uğradan Ağdam klubu Tofiq Bəhramov  adına Respublika  Stadionunda cavab matçında onu  tamamilə qane edən  heç-heçə ilə  kifayətlənmiş (0:0), “Qəbələ” isə finala “İnter”  üzərində iki qələbə ilə çıxmışdır – səfərdə 3:1-dən sonra evdə 2:0.

“Qarabağ” – “Qəbələ” final görüşü mayın 5-də Naxçıvan şəhər stadionunda  keçiriləcəkdir.

 

Liderlər  qrupunda

 

Birləşmiş Ərəb Əmirliklərində  keçirilən 19-cu “Dubai Open 2017” beynəlxalq şahmat turnirinin ilk 3 turunda Azərbaycan  təmsilçiləri  arasında ən yaxşı  nəticəni  Vüqar  Əsədli  və Nicat  Abasov  göstərmişlər.  Onlar iki qələbə və bir  heç-heçə  sayəsində  hərəyə 2,5  xal toplamışlar.

Turnir  cədvəlinə  başçılıq  edən 11 şahmatçı isə üç  turda 3  xal  qazanaraq yüzfaizli  nəticə  göstərmişdir.

Doqquz  turdan ibarət  yarışda  dünən  dördüncü  turun  görüşləri oynanılmışdır.

Azərbaycan  şahmat məktəbinin  daha  bir yetirməsi Ülvi  Bacarani isə bu günlər Türkiyənin Ordu  şəhərinin qonağıdır. Şahmatçımız orada  keçirilən beynəlxalq  turnirə inamla  başlayaraq ardıcıl  üç  qələbə  qazanmış və  startda maksimum miqdarda 3 xal toplamışdır.

 

Azərbayсan, Türkiyə, İndoneziya…

 

Mayın 12-dən 22-dək Bakıda  keçiriləсək IV İslam Həmrəyliyi Oyunlarının basketbol (3x3) yarışlarının iştirakçılarının ilkin  tərkibi müəyyənləşmişdir. Bu  barədə azerisport-un yaydığı  xəbərdə  bildirilir ki, kişi  komandalarının  turnirində  Azərbayсan, Türkiyə, İndoneziya,  Qətər, Türkmənistan, Kot d İvuar, Mali, Pakistan, İordaniya və Səudiyyə  Ərəbistanı kollektivlərinin  iştirakı gözlənilir.

Qadınların yarışlarında  isə  basketbol  həvəskarları Azərbayсan, Türkiyə, İndoneziya, Türkmənistan, Əlсəzair, Suriya, Mali, Fələstin, Əfqanıstan və Pakistan komandalarının çıxışlarını  izləmək imkanı  qazanaсaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında