İdman

12 cüdoçu, 15 atlet

 

Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi IV İslam Həmrəyliyi Oyunlarında (12-22 may) ölkəmizi təmsil edəcək idmançıların  sayını açıqlamışdır.

Komitənin saytında bu barədə verilmiş məlumatda bildirilir ki, İslamiadada paralimpiyaçıların turnirlərində 27 kişi və qadın idmançımız çıxış edəcək. Onlardan 12-si cüdo, 15-i isə atletika yarışlarında mübarizə aparacaq.

Cüdoçuların turniri mayın 13-də başlanıb 15-də finişə çatacaq. Atletlərin startları isə mayın 16-20-nə təyin edilmişdir.

 

“Qarabağ” və “Qəbələ” finalın yarım addımlığında

 

Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk görüşlərindən sonra “Qarabağ” və “Qəbələ” finalda bir-birinə rəqib olmaq üçün özlərinə yaxşı zəmin yaratmışlar.

Hər iki komanda rəqib meydanında qələbə qazanmışdır. Ağdam futbolçuları “Neftçi”ni 2:0 hesabı ilə məğlubiyyətə uğratmışlar, Qəbələ klubunun da “İnter” üzərində qələbəsi iki top üstünlüklə ifadə olunmuşdur – 3:1.

Kubok turnirinin finalçıları aprelin 5-də keçiriləcək cavab görüşlərindən sonra qəti məlum olacaq. Təbii ki, finalın artıq yarım addımlığında olan “Qarabağ” və “Qəbələ” bu oyunlara daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşacaqlar. Maraqlıdır ki, finişə yaxınlaşmaqda olan Topaz Premyer Liqasında da baş rolları məhz bu iki komanda oynayır.

 

Qüvvələrə baxış

 

Avropa çempionatının əsas seçmə mərhələsinə hazırlığı davam etdirən Azərbaycanın futzal üzrə yığma komandası bu məsul yarış ərəfəsində yoldaşlıq görüşlərində qüvvəsini sınayır.

Futzal ustalarımızın bu günlərdə Bakı İdman Sarayında Moldova komandasına qarşı keçirdikləri iki oyun düşünmək olar ki, məşqçilərə yetirmələrinin imkanlarını yoxlamaq baxımından faydalı olmuşdur. Azərbaycan komandası bu görüşlərdə müvafiq surətdə 6:1 və 3:2 hesabı ilə qələbə qazanmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında