"İnter" ilk oyunda "Neftçi" ilə görüşəcək

Yanvarın 15-dən 23-dək Sankt-Peterburqda keçiriləcək MDB ölkələri və Baltikyanı respublikaların futbol çempionlarının ənənəvi "Birlik kuboku" turnirinin təqvimi məlum olmuşdur. Moldovanın "İskra-Stal", Tacikistanın "İstiklol" və Qırğızıstanın "Neftçi" komandaları ilə birlikdə "A" qrupunda çıxış edəcək Azərbaycan çempionu "İnter" ilk oyunda "Neftçi" ilə qarşılaşacaq. Bu oyun yanvarın 15-də "Peterburqski" İdman-Konsert Kompleksində baş tutacaq.
Ertəsi gün bakılılar "İstiklol" ilə görüşəcəklər. İlkin mərhələnin finişində "İnter"in "İskra-Stal" ilə oyunu isə yanvarın 18-nə təyin edilmişdir.
"Birlik kuboku" turniri hərəsində dörd komanda olmaqla dörd qrupda keçiriləcəkdir. Qruplarda birinci-ikinci yerləri tutan klublar dörddəbir finala çıxacaqlar. Bu mərhələdə "A" qrupunun qalibi "B" qrupunda ("Tobol" Qazaxıstan, "Skonto" Latviya, "Mika" Ermənistan və "Bunedkor" Özbəkistan) ikinci nəticə göstərən komanda ilə görüşəcək, "A" qrupunda ikinci yeri tutan klub isə "B" qrupunun qalibi ilə qarşılaşacaq.
Dörddəbir final görüşləri yanvarın 19-da oynanılacaq. Yarımfinallar yanvarın 21-də, final görüşü isə bundan iki gün sonra keçiriləcəkdir.

{nl}

O.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında