Qüvvələr bərabər olmadıqda...

Azərbaycan milli komandasının futbolçuları qüvvələrin bərabər olmadığı bir oyunda dünyanın ən yaxşı komandası Almaniyaya qarşı böyük əzmkarlıqla mübarizə aparıb, hətta 2018-ci il dünya çempionatının seçmə yarışlarında “C” qrupunun liderini öz qapısından ilk top buraxmağa məcbur etsələr də, hər halda, böyük hesabla məğlubiyyətdən yaxa qurtara bilmədilər–1:4. Bununla belə, yığmamız qrup turnirinin birinci yarısından sonra ikinci yer uğrunda mübarizəni davam etdirmək imkanını özündə saxlayır.

Beş turdan sonra yüzfaizli nəticə ilə (15 xal) turnir cədvəlinə başçılıq edən almanların qrup sınaqlarını zirvədə başa vuracaqları artıq elə bir şübhə doğurmursa, qrupun ikinci xoşbəxt komandasının kim olacağının müəyyənləşməsi üçün yəqin ki, son anadək gözləmək lazım gələcək.

Ötən turda Norveç futbolçuları üzərində qələbədən (2:0) sonra xal ehtiyatını 10-a çatdıran Şimali İrlandiya komandası və San-Marinoda meydan sahiblərinin qapısına altı cavabsız top vuraraq üçüncü pilləyə yüksələn Çexiya yığması (8 xal) ilə yanaşı, Azərbaycan komandasının da ikinci yerə iddiaçılar sırasında olması səbəbindən seçmə yarışlarının ikinci yarısı bizim azarkeşlər üçün daha çox maraq doğuracaq.

İkinci dövrənin ilk görüşləri iyunun 10-da keçiriləcəkdir. Həmin gün Azərbaycan futbolçuları çox mühüm oyunda Şimali İrlandiya komandasını qəbul edəcəklər. Bu turda həmçinin Norveç–­Çexiya və ­Almaniya–San-Marino matçları keçiriləcəkdir.

Yığmamız sonrakı dörd oyundan da ikisində payızda Bakıda San-Marino və Çexiya komandaları ilə qarşılaşacaq, habelə Norveç və Almaniyaya səfərə çıxacaq. Gələn il Rusiya stadionlarında keçiriləcək dünya çempionatının final mərhələsinə aparan yolda ikinci yer uğrunda əsas mübarizə hələ irəlidədir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında