İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hər üç görüşdə Azərbaycanın xeyrinə 5:3

 

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası İran İslam Respublikasının Abadan şəhərində keçirilən Dünya kuboku turnirinin qrup mərhələsində uğurla çıxış edərək finalda fəxri mükafat uğrunda mübarizə aparmaq hüququ qazanmışdır.

“Klassiklərimiz” hər üç matçda rəqiblərini eyni hesabla (5:3) məğlubiyyətə uğratmışlar. Yarışın birinci günü Türkiyə və Belarus komandaları üzərində qələbə qazanan Azərbaycan güləşçiləri dünən səhər Ukrayna millisinə də iki xal fərqlə qalib gələrək qrup görüşlərini ən yüksək pillədə başa vurmuşlar.

İran, Rusiya, Qazaxıstan və Almaniya güləşçilərinin daxil olduqları digər qrupda birinci yeri Rusiya yığması tutmuşdur.

Azərbaycan və Rusiya komandaları arasında Dünya kuboku uğrunda həlledici final görüşü dünən axşam keçirilmişdir.

 

Soçidə “Kuban baharı”

 

Rusiyanın Soçi şəhərində qızlardan ibarət futbol komandaları arasında “Kuban baharı” turniri start ərəfəsindədir. Bu ənənəvi yarışın mükafatları uğrunda səkkiz komanda mübarizə aparacaq.

İlkin mərhələdə rəqiblər iki qrupa bölünmüşlər. Azərbaycan futbolçuları Rusiya, Rumıniya və Belarus komandaları ilə bir qrupda çıxış edəcəklər. Yığmamız ilk görüşü bu gün rumınlara qarşı keçirəcək, martın 20-də və 22-də isə müvafiq surətdə Rusiya və Belarus futbolçuları ilə oynayacaq.

Qrupun ən yaxşı iki komandası digər qrupun qalibləri ilə birlikdə növbəti mərhələdə medallar uğrunda mübarizəni davam etdirəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında