İ d m a n

Nicat Abbasov Azərbaycan çempionudur

 

Kişilər arasında şahmat üzrə növbəti Azərbaycan çempionatı qrossmeyster Nicat Abbasovun qələbəsi ilə başa çatmışdır. Sonuncu turda qara fiqurlarla Orxan Abdulova qalib gələn ölkə çempionu turnirdə bir dəfə də uduzmayaraq 6 qələbə və 3 heç-heçə sayəsində 7,5 xal toplamış və qızıl medal qazanmışdır.

Gümüş mükafata çempiondan yarım xal geri qalan beynəlxalq usta Misrəddin İsgəndərov sahib olmuşdur. O da finişdə Altay Eynullayevi qaralarla məğlubiyyətə uğratmışdır. Üçüncü yeri 6 xalla qrossmeyster Vüqar Rəsulov tutmuşdur.

İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan yarışda mükafatlar uğrunda 24 şahmatçı mübarizə aparmışdır.

 

Çempionlar Liqası  yarımfinalın astanasında

 

UEFA Çempionlar Liqası turnirinin səkkizdəbir final mərhələsinə yekun vurulmuşdur. Dörddəbir finalda fəxri mükafat uğrunda mübarizəni İspaniyanın “Barselona”, “Real”, “Atletiko”, Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund), İtaliyanın “Yuventus”, İngiltərənin “Lester” və Fransanın “Monako” komandaları davam etdirəcəklər.

Yarımfinalın astanasında qarşılaşacaq  rəqiblər bu gün İsveçrənin Nyön şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. Dörddəbir final mərhələsinin ilk matçları aprelin 11-12-də oynanılacaq, cavab görüşləri isə bundan bir həftə sonra keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında