Cüdoçular bizə qonaq gələcəklər

Yanvarın 15-16-da Bakıda keçiriləcək cüdo üzrə beynəlxalq turnir 2011-ci ildə bir çox ölkənin tatami ustalarının qüvvəsinə ilk ciddi baxış olacaqdır. Artıq 27 ölkənin milli federasiyaları öz nümayəndələrinin qarşıdakı yarışda iştirakını təsdiq etmişdir.
Azərbaycanlı cüdo pərəstişkarları paytaxtımızda Braziliya, Rusiya, Kanada, Ukaryna, Fransa, Avstriya, Yaponiya, Almaniya, Koreya və bir sıra başqa ölkələrin idmançılarının çıxışlarını izləmək imkanı qazanacaqlar. Əgər 2011-ci ilin həm də London Olimpiadası - 2012-yə lisenziya yarışları ilə zəngin olacağını nəzərə alsaq, Bakı turnirini çətin və məsul sınaqlara hazırlığın mühüm bir mərhələsi hesab etmək olar.{nl}

Vüqar Həşimov və onun doqquz rəqibi
Bu gün İtaliyanın Recio-Emiliya şəhərində mötəbər beynəlxalq şahmat turnirinə start veriləcəkdir. Dairəvi sistem üzrə keçirilib yanvarın 6-da başa çatacaq yarışın mükafatları uğrunda on rəqib mübarizə aparacaqdır.
Turnirin saytında verilmiş iştirakçıların siyahısında azərbaycanlı qrossmeyster Vüqar Həşimovun da adı vardır. Həmyerlimiz ənənəvi turnirdə Vasili İvançuk (Ukrayna), Aleksandr Morozeviç (Rusiya), David Navara (Çexiya), Sergey Movsesyan (Slovakiya), Fransisko Valyexo (İspaniya), Naycel Şort (İngiltərə), Aleksandr Onişuk (ABŞ), italyanlar Fabiano Karuana və Mikele Qodenaya qarşı doqquz görüş keçirəcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında