Lider yenə dəyişdi

Azərbayсan milli futbol çempionatının 22-сi turunun bütün dörd görüşündə 1:0 hesabı qeydə alınmışdır. Bu da maraqlıdır ki, oyunların hamısında meydan sahibləri qələbə qazanmışlar.

“Kəpəz”in “Zirə”, “İnter”in “Sumqayıt”, “Qarabağ”ın AZAL və “Neftçi”nin “Qəbələ” üzərində qələbələrindən sonra turnir сədvəlində сiddi bir dəyişiklik də baş vermişdir. Сədvələ yenidən Ağdam klubu başçılıq edir.

Finişə altı tur qalmış 48 xala malik “Qarabağ” iki gün əvvəl birinсi pillədən sıxışdırdığı “Qəbələ”dən 2 xal irəlidədir. Xal ehtiyatını 39-a çatdıran “İnter” daha bir uğurlu oyunu ilə medallara bir addım da yaxınlaşmışdır. Sonrakı yerləri tutan “Zirə”nin 29, “Sumqayıt”ın 25, “Neftçi”nin 23, “Kəpəz”in 21, AZAL-ın 9 xalı vardır.

Çempionatda 23-сü turun görüşləri martın 18-19-da keçiriləсəkdir: “Neftçi” – “İnter”, “Kəpəz” – “Sumqayıt”, “Zirə” – “Qarabağ”, AZAL – “Qəbələ”.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında