Yeni mövsümdə qüvvələrə ilk baxış

Azərbaycan milli komandası futbolçularının Doha şəhərində Qətər yığması üzərində qələbəsi yerinə düşdü.

“Əl-Sadd” stadionunda macarıstanlı hakim Ferents Karakonun idarə etdiyi oyun yoldaşlıq görüşü xarakteri daşısa da, hər halda, 2017-ci ildə beynəlxalq meydanda elə ilk matçda, üstəlik də, rəqib meydanında millimizin xeyrinə qeydə alınmış 2:1 hesabı (qələbə toplarını ikinci hissədə Tərlan Quliyev və Araz Abdullayev vurmuşlar) Azərbaycan futbolçularının oyuna səylə hazırlaşdıqlarını və nikbin əhvalda olduqlarını göstərir.

Başlıcası isə, bu görüş baş məşqçimiz Robert Prosineçkiyə komandanı kifayət qədər ciddi rəqabət şəraitində sınaqdan çıxarmaq, heyətə yeni cəlb edilmiş futbolçuların hazırlıq səviyyəsini yoxlamaq imkanı verdi.

İndi millimizin martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda 2018-ci il dünya çempionatının seçmə yarışları çərçivəsində Almaniya komandası ilə keçirəcəyi oyuna cəmi iki həftə qalır. Düşünmək olar ki, Qətər ilə görüşdə qazanılmış qələbədən sonra Azərbaycan komandası dünya çempionu və seçmə mərhələdə qrupumuzun lideri ilə oyuna hazırlığı daha böyük həvəslə davam etdirəcək.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında