Vişvanatan Anandın rəqibi kim olacaq?

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2011-ci il mayın 3-dən 27-dək Rusiyanın Kazan şəhərində keçiriləcək iddiaçıların matçlarının bütün səkkiz iştirakçısının siyahısını təsdiqləmişdir. Norveçli Maqnus Karlsenin imtinasından sonra onu bu yarışda rusiyalı Aleksandr Qrişuk əvəz edəcəkdir.
İddiaçıların matçlarının qalan yeddi iştirakçısından ikisi azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov, digərləri isə Veselin Topalov (Bolqarıstan), Vladimir Kramnik (Rusiya), Levon Aronyan (Ermənistan), Boris Gelfand (İsrail) və Qata Kamski (ABŞ) olacaq.
Matçlar dörddəbir finaldan başlayacaq. Bu mərhələdə Məmmədyarov Gelfandla, Rəcəbov Kramniklə görüşəcəklər. Daha iki cütdə Topalov Kamski ilə, Aronyan Qrişukla qarşılaşacaq.
Dörddəbir finallar dörd oyundan ibarət olacaq. Əgər bu görüşlərin yekununda hesab 2:2 olarsa, yarımfinalçıları tay-breyklər müəyyənləşdirəcək. Yarımfinallarda da dörd görüş oynanılacaq. Final matçı isə altı görüşdən ibarət olacaq. Finalın qalibi hazırkı dünya çempionu hindistanlı Vişvanatan Anandla tac uğrunda matçda oynamaq hüququ qazanacaq. Bu matç 2012-ci ildə keçiriləcəkdir.
Əlavə edək ki, Məmmədyarov Gelfanda qalib gələcəyi halda yarımfinalda Topalov-Kamski matçının qalibi ilə görüşəcək, Rəcəbov isə Kramnik "səddini" keçsə, finalın astanasında Aronyan-Qrişuk cütünün qalibi ilə qarşılaşacaq.{nl}

Gənc qrossmeysterlər Moskvada görüşəcəklər
Dünyanın ən yaxşı 20 gənc şahmatçısından biri olan həmyerlimiz Eltac Səfərli yanvarın 29-dan fevralın 6-dək Moskvada keçiriləcək gənc qrossmeysterlərin beynəlxalq turnirinə dəvət almışdır.
Rusiyanın e3e5 saytının yaydığı xəbərə görə, dairəvi sistem üzrə keçiriləcək bu yarışın mükafatları uğrunda on iştirakçı mübarizə aparacaq. Turnirdə Səfərlinin rəqibləri rusiyalılar Yevgeni Alekseyev, Ernesto İnarkiyev, Sənan Syugirov, ukraynalı Yuri Kuzubov və daha beş qrossmeyster olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında