Qələbələrə qonaqlar sevindilər

Topaz  Premyer Liqasında üçüncü dövrənin finişinə təsadüf edən 21-ci turdan sonra liderlərin çempionluq mübarizəsində heç bir dəyişiklik baş verməyib.

Hər iki komanda rəqib meydanında inamlı qələbə qazanıb. “Qəbələ” futbolçuları “İnter”ə 2:0 hesabı ilə qalib gəliblər, “Qarabağ” isə “Sumqayıt”la görüşdə öz üstünlüyünü  dörd cavabsız qolla sübuta yetirib–4:0.

“Neftçi”–“Zirə” görüşündə də (1:2) qələbəni qonaqlar bayram ediblər. ”Doğma divarlar” arasında oynayan klublardan təkcə “Kəpəz” 1 xal qazana bilib. Ancaq AZAL ilə görüşdə qeydə alınmış heç-heçə (1:1) çətin ki, gəncəliləri qane etsin.

Üçüncü dövrəyə yekun vuran bu turdan sonra 46 xala malik “Qəbələ” əvvəlkitək “Qarabağ”dan 1 xal irəlidədir. Üçüncü pillədə olan “İnter”in (36 xal) indiki mövqeyi çox güman ki, finişədək dəyişməyəcək. Komanda “Qarabağ”dan 9 xal geridir, dördüncü yeri tutan “Zirə”dən isə 7 xal irəlidədir.  İndi rəqiblər çempionatın sonunadək hərəyə cəmi yeddi addım atmalıdırlar.

Bu arada final mərhələsi gələn il Rusiya stadionlarında təşkil olunacaq dünya çempionatı–2018-in seçmə yarışlarının növbəti oyunlarına çox yaxınlaşmışıq. Martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Almaniya matçından bizi üç həftədən də az vaxt ayırır. Seçmə mərhələnin ilk dörd turundan sonra kifayət qədər yaxşı imkanlarla turnir cədvəlində üçüncü mövqedə olan millimiz almanlara qarşı görüşə hazırlıq prosesi çərçivəsində martın 9-da Qətərin paytaxtı Doha şəhərində bu ölkənin yığma komandası ilə yoldaşlıq görüşü keçirəcəkdir.

Tərkibində Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin də çıxış etdiyi “Jilina” klubunun Slovakiya çempionatının növbəti turunda rəqib meydanında “Podbrezova” komandası ilə heç-heçə (2:2) oynadığını, Şeydayevin bu görüşdə bütün 90 dəqiqə ərzində mübarizə apardığını, “Jilina”nın hazırda 48 xalla çempionatın lideri olduğunu da qeyd edək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında