Azərbaycan Milli Paralimpiya Komitəsinin 2017-2020-ci illər üçün strateji fəaliyyət planı müəyyənləşib

Martın 3-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK)­ V hesabat-seçki konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və paralimpiyaçılarımızın uğurlarına həsr edilən videoçarx nümayiş olunub.

ARMPK-nın prezidenti İlqar Rəhimov paralimpiyaçılarımızın qazandıqları nailiyyətlərdən danışıb və ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Komitənin vitse-prezidenti Şaiq Həmidov qurumun 2013-2016-cı illərdə fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, son illər ölkəmizin idman həyatında böyük irəliləyişlər əldə olunub və uğurlu nəticələr qazanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrlə yanaşı, idman da inkişaf edir.

Qeyd edilib ki, hesabat dövründə paralimpiya yığmamız 100 təlim-məşq toplanışına qatılıb və millimiz 65 beynəlxalq turnirdə gücünü sınayıb. Həmin dövrdə paralimpiyaçılarımız 63 qızıl, 56 gümüş, 47 bürünc olmaqla, ümumilikdə 166 medal qazanıblar. Bu yarışlarda idmançılarımız 4 dünya rekordunu yeniləyiblər. "Rio-2016" XV Yay Paralimpiya Oyunlarında millimiz 1 qızıl, 8 gümüş, 2 bürünc medala sahib olmaqla, medal qazanan 82 ölkə arasında 33-cü, Avropada 16-cı, MDB ölkələri arasında 3-cü, müsəlman dövlətləri arasında isə 6-cı olub.

Sonra AMPK-nın nəzarət-təftiş komissiyasının üzvü Zinyət Vəliyeva və komitənin birinci vitse-prezidenti Natiq Qasımov çıxış ediblər.

Tədbirdə Komitənin 2017-2020-ci illər üçün strateji fəaliyyət planı haqqında məlumat verilib.

Sonda ARMPK-nın rəhbər orqanlarına seçkilər keçirilib.

İlqar Rəhimov yenidən ARMPK-nın prezidenti vəzifəsinə seçilib. Natiq Qasımov komitənin birinci vitse-prezidenti, paralimpiya çempionu İlham Zəkiyev vitse-prezident, Şaiq Həmidov isə baş katib seçiliblər. ARMPK-nın İcraiyyə Komitəsinin say tərkibi və üzvləri də müəyyənləşib.

Tədbirdə ARMPK-nın hesabat dövründəki fəaliyyəti qənaətbəxş sayılıb, komitənin fəaliyyətinin əsas istiqamətləri təsdiq olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında