İdman xəbərləri

Azərbaycan şahmatçısı İspaniyada birinci olmuşdur
Azərbaycan şahmat məktəbinin yetirməsi Azər Mirzəyev bu günlərdə İspaniyada başa çatmış 20-ci beynəlxalq Elqoibar turnirinin qalibi olmuşdur.
Bu barədə məlumat verən chessbase.com saytında yerləşdirilmiş xəbərdə bildirilir ki, yarışın mükafatları uğrunda on iştirakçı, o cümlədən qrossmeysterlər Mirzəyev, rusiyalı Oleq Korneyev, serbiyalı Draqan Paunoviç, paraqvaylı Zenon Franko mübarizə aparmışlar. Turnirdə bir dəfə də uduzmayan Azərbaycan şahmatçısı 9 mümkün xaldan 6 xal toplayaraq (3 qələbə və 6 heç-heçə) finişə birinci çatmışdır. İkinci yeri tutan ispan David Larinyo da Azərlə eyni nəticə göstərmiş, lakin əlavə göstəricilərə görə ondan geri qalmışdır.{nl}

"Neftçi" baharı qış çempionu kimi qarşılayacaq
Unibank Premyer Liqasının təsnifat mərhələsinin 2010-cu ildə son turunun görüşləri maraqlı və müəyyən dərəcədə gözlənilməz hadisələrlə zəngin olmuşdur. Uzun müddətdir ki, liderlər qrupunda özünü kifayət qədər inamlı hiss edən AZAL-ın Salyanda "Muğan"a uduzacağını (1:3) proqnozlaşdırmaq çətin idi. "Bakı"nın Qəbələdə eyniadlı yerli klubun uğurlu oyunlar seriyasını dayandırması (1:0), "Qarabağ"ın Lənkəranda buna qədər turnir cədvəlinə tək-tənha başçılıq etmiş "Xəzər-Lənkəran" üzərində qələbəsi (2:1) qaliblərin rəqib meydanında oynamalarına baxmayaraq, böyük əzmkarlığından xəbər verir.
Digər görüşlərdə "Turan"ı iki cavabsız qolla məğlubiyyətə uğradan (2:0) "Neftçi" qələbələrinin sayını 12-yə, xal ehtiyatını isə 41-ə çatdıraraq fasiləyə ən yaxşı əhval-ruhiyyə ilə çıxmış və baharı ölkənin qış çempionu kimi qarşılayacaqdır. "İnter" "Gəncə" ilə oyunda yeganə qolla çox mühüm 3 xal qazanmış (1:0), "Simurq"la MOİK isə bir-birinin müqavimətini qıra bilməyərək (1:1) hərəyə 1 xalla kifayətlənmişlər.
Bu görüşlərdən sonra çempionatın təsnifat yarışlarının başa çatmasına üç tur qalır. Final mərhələsində ən yaxşı altı komanda sırasında medallar uğrunda mübarizəni davam etdirməyə isə yeddi iddiaçı var. Onlardan hansının artıq olacağını fevralın axırında biləcəyik.
O Q H M T X
1. "Neftçi" 19 12 5 2 36-9 41
2. "Xəzər-Lənkəran" 19 12 4 3 23-10 40
3. AZAL 19 9 7 3 26-14 34
4. "İnter" 19 10 4 5 17-13 34
5. "Qarabağ" 19 10 3 6 21-13 33
6. "Qəbələ" 19 8 6 5 19-10 30
7. "Bakı" 19 8 4 7 26-20 28
8. "Gəncə" 19 5 7 7 23-26 22
9. "Muğan" 19 5 5 9 11-22 20
10. "Turan" 19 2 6 11 14-29 12
11. "Simurq 19 2 6 11 12-28 12
12. MOİK 19 1 3 15 6-40 6
Növbəti, 20-ci turun görüşləri fevralın 12-də (AZAL-"Gəncə", "Bakı" - "Muğan", MOİK-"Turan") və 13-də ("Neftçi" - "Xəzər-Lənkəran", "İnter" - "Simurq", "Qarabağ" - "Qəbələ") keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında