İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cüdo ustaları Bakıda görüşəcəklər

 

Martın 10-12-də Azərbaycan paytaxtında keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri, hər şeydən göründüyü kimi, çox mötəbər olacaq. Gözlənildiyinə görə, bu yarışda 30-dan çox komandanın üzvləri iştirak edəcəklər. Azərbaycan cüdoçuları da təbii ki, turnirdə geniş heyətlə təmsil olunacaqlar.

Tatami ustalarımız “Böyük dəbilqə”nin  mükafatları və reytinq xalları uğrunda mübarizə aparmaqla yanaşı, həm də gündən-günə yaxınlaşmaqda olan IV İslam Həmrəyliyi Oyunları qarşısında güclü rəqiblərlə görüşlərdə öz hazırlıq səviyyələrini yoxlamaq, müsbət və mənfi cəhətləri aşkara çıxarmaq imkanı qazanacaqlar. Bir sözlə, cüdo pərəstişkarlarımızı qarşıda maraqlı görüşlər gözləyir.

 

Liderin bir addımlığında

 

Moskvada davam edən “Aeroflot Open–2017” beynəlxalq şahmat festivalının “A” turniri tədricən  finişə yaxınlaşır.

Altı turdan sonra ən yaxşı nəticəni 5 xala malik Vladimir Fedoseyev (Rusiya) göstərmişdir.

Azərbaycanlı qrossmeyster Rauf Məmmədov 4 xal toplamış (2 qələbə, 4 heç-heçə) və liderdən bir xal geri qalır. Doqquz turdan ibarət turnirdə dünən axşam yeddinci raundun görüşləri keçirilmişdir.

 

 

 

 

Ənənəvi “Novruz” turniri

 

Qırğızıstanın paytaxtı Bişkek şəhərində basketbolçuların ənənəvi “Novruz” turniri starta hazırlaşır.

İyirmi yaşlı gənclərdən ibarət yığma komandaların iştirakı ilə keçiriləcək yarışın ilk görüşləri martın 16-da oynanılacaq.

Beş gün davam edəcək turnirdə yarış sahibləri Qırğızıstan basketbolçularının qonaqlarının Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistan komandalarının olacağı gözlənilir.

 

 

Tehranda Ukrayna–Çin finalı

 

İran İslam Respublikasının paytaxtı Tehranda qadın şahmatçıların dünya çempionatı artıq finişin astanasındadır.

Qızıl medalın taleyi ukraynalı Anna Muzıçuk ilə Çin təmsilçisi Tan Çjunyi arasında keçirilən final matçında həll olunacaq.

Çempionatın yarımfinal mərhələsində Muzıçuk rusiyalı Aleksandra Kostenyuka qalib gəlmiş, Çjunyi isə Hindistan şahmatçısı Harika Dronovalli üzərində qələbə qazanmışdır.

Final matçı dörd görüşdən ibarətdir. Əgər hesab 2:2 olarsa, dünya çempionu tay-brekdə müəyyənləşəcək. Birinci görüş dünən keçirilmişdir.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında